Cümə axşamı , May 26 2022
Ana səhifə / İqtisadiyyat / Azərbaycana daxil olan vəsaitlərin həcmi azalacaq

Azərbaycana daxil olan vəsaitlərin həcmi azalacaq

Millət vəkili Vüqar Bayramov Rusiyadan Azərbayacana pul köçürmə platformalarından birinin bloklanmasına münasibət bildirib.

O, Bakupost.az -a açıqlamasında bildirib ki, Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcminin azalacağı gözlənilir.

“Rusiyanın Mərkəzi Bankı il ərzində Rusiyadan Azərbaycana 1 milyard dollardan artıq vəsaitin göndərildiyini bildirir. Eyni zamanda, bank sektorundan kənar ödənişlər də var. Bu baxımdan fərqli hesabatlarda bu rəqəmin illik 1,5 milyard dollar ətrafında dəyişdiyi qeyd olunur. Təbii ki, Rusiyanın özündə alıcılıq qabiliyyətinin, eləcə də gəlirliliyin aşağı düşməsi Azərbaycana göndərilən vəsaitlərin həcminə təsirsiz ötüşməyəcək. Digər tərəfdən həm də köçürmələrdə çətinliklər var. İndiki halda rublla köçürmələrdə ciddi çətinliklər olmasa da, digər valyutalarla köçürmədə çətinliklər müşahidə olunur. Həmçinin Rusiyadan digər ölkələrə köçürmələrdə də çətinliklər olacaq. Bütövlükdə məhz Rusiyaya tətbiq edilən sanksiyalar, iqtisadiyyatında müşahidə edilən son dəyişiklikləri nəzərə alsaq, Rusiyadan ölkəmizə köçürülən vəsaitlərin həcminin azalacağı proqnozlaşdırılır”, – deyə deputat qeyd edib.

Həmçinin oxuyun

“Maxi.az”-ın iqrçiliyi təbliğ edən reklamı…

PR mütəxəssisi Vüqar Babanın sözlərinə görə, 25 may bir sıra Afrika ölkələrində Avropa müstəmləkəçiliyindən azad …