Şənbə , Sentyabr 18 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycana bu il Koreyadan avtomobil idxalı artıb

Azərbaycana bu il Koreyadan avtomobil idxalı artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Cənubi Koreyadan 44 milyon 63 min ABŞ dolları dəyərində 6 662 yeni minik avtomobili idxal edib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində iki dəfəyə yaxın (96,2%), dəyər ifadəsində isə 74,6% artıb.

İdxal edilən yeni avtomobillərin çoxu mühərrikinin həcmi 1 500-2 500 kub sm (23 milyon 81 min dollarlıq 3 017 vahid) olan avtomobillər olub. Sözügedən kateqoriyadakı avtomobillər həmçinin dəyər ifadəsində də idxalda ən böyük pay sahibi olub.

Qeyd edək ki, ilin ilk yarısında Azərbaycan Cənubi Koreyadan 206,9 min dollarlıq 28 yeni hibrid minik avtomobili idxal edib.

Həmçinin oxuyun

Azərbaycan alkoqollu içkilər idxalına çəkdiyi xərci 18 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 51,408 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və …