Ana səhifə / İqtisadiyyat / Azərbaycana ayrılan kreditin həcmi açıqlandı

Azərbaycana ayrılan kreditin həcmi açıqlandı

2021-ci ilin əvvəlində Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üçün təsdiqlənmiş kredit vəsaitlərinin həcmi 2,68 milyard dolları keçib.

Bu barədə AİB-in 2020-ci il üzrə hesabatında qeyd olunub.

Hesabata əsasən, həmin məbləğin 2,52 milyard dolları və ya 93,7 faizi artıq müxtəlif layihələrin maliyyələşdirilməsi üçün istifadə olunub. Kredit məbləğinin 168 milyon dolları və ya 6,3 faizi hələlik istifadə olunmamış qalır.

Qeyd edək ki, Azərbaycan üçün ayrılan kredit vəsaitləri bankın ümumi kredit portfelinin 1,44 faizini təşkil edir.

1999-cu ildən bugünədək AİB Azərbaycana 4,4 milyard dollar məbləğində vəsait ayırıb.

Həmçinin oxuyun

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,16 ABŞ dolları, …