Şənbə , Oktyabr 1 2022
Ana səhifə / İqtisadiyyat / Azərbaycana ən çox turist Rusiya və Türkiyədən gəlib

Azərbaycana ən çox turist Rusiya və Türkiyədən gəlib

Ötən ay ölkəyə gələn turistlərin sayı açıqlanıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, avqustda Azərbaycana 171 960 əcnəbi səfər edib.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 123 faiz çoxdur. Belə ki, ötən ilin avqustunda ölkəyə 77 119 xarici turist gəlib.

Bu ilin yanvar-avqust ayları ərzində isə ölkəyə 1 004 146 əcnəbi gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 127 faiz artım qeydə alınıb. Belə ki, ötən 2021-ci ilin ilk 8 ayında ölkəyə 442 592 xarici turist səfər etmişdi.

Ən çox turist isə Rusiya (43 010), Türkiyə (24 159), Səudiyyə Ərəbistanı (22 774), İran (14 399) və Gürcüstandan (7585) gəlib.

Ziyarətçilərin regionlar üzrə payı Yaxın Şərq üzrə 25,3, Rusiya üzrə 25, Asiya ölkələri üzrə 14, Türkiyə üzrə 14, İran üzrə 8,4, Avropa üzrə 7, Gürcüstan üzrə 4,4, digər ölkələr üzrə isə 1,7 faiz olub.

Qeyd edək ki, pandemiyadan öncəki illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayı 52 faiz azdır. Belə ki, 2019-cu ilin avqustunda ölkəyə 361 359 ziyarətçi gəlmişdi. Həmçinin 2019-cu ilin yanvar-avqust aylarında isə gələnlərin sayı (2 136 236) bu ilin müvafiq dövrü ilə müqayisədə 53 faiz çox olub.

Həmçinin oxuyun

Hökumət manatı yaxın 3 ildə sabit saxlamaq niyyətindədir

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsi layihəsində manatın dollar qarşısında məzənnəsi 1 dollar = 1,7 …