Şənbə , Avqust 20 2022
Ana səhifə / İqtisadiyyat / Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? — Aralarında Fərhad Əliyev də var

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? — Aralarında Fərhad Əliyev də var

Bu ilin ilk 5 ayı ərzində Azərbaycanın ümumi ixracı 15,4 milyard dollar olub və bunun 1,2 milyard dolları qeyri-neft sektorunun payına düşüb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 280,6 milyon dollar və ya 30,9% artıb.

2022-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq (123,7 milyon dollar) birinci, pomidor (91 milyon dollar) ikinci, karbamid (84,1 milyon dollar) isə üçüncü olub.

Bu ilin ilk 5 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin ilk 10-luğu aşağıdakı kimi olub.

ŞirkətRəhbəriİxracın miqdarı
“MKT İstehsalat Kommersiya” MMC
(VÖEN- 9900008361)
Həsənov Rövşən    79,6 milyon dollar
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi
(VÖEN- 9900047801)
Mohammad Reza40,9 milyon dollar
“P-Aqro” MMC
(VÖEN-1404226851)
Əlizadə Azər    
 
24,8 milyon dollar    
“STP Alüminium” MMC
(VÖEN- 2906014721)
Əliyev Fərhad 17 milyon dollar
“Aqrovest” MMC
(VÖEN- 1403866861)
Aslanov Maarif16.5 milyon dollar
“ZR-78 Company” MMC
(VÖEN-1102486011)
Gasanov Nasib15.8 milyon dollar
“Mors Trading” MMC
(VÖEN-1604639301)
Mehmet Savaş Uzan14.5 milyon dollar
“Baku Steel Company” QSC
(VÖEN-1000062011)
Zeynalov Həmid12.3 milyon dollar
“Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC
(VÖEN- 1600030111)
Rzayev Ramiz 10.6 milyon dollar
“Azmet” QSC
(VÖEN – 6402897671)
İbrahimov Murad 10.6 milyon dollar

Həmçinin oxuyun

Çörəyin qiymətində artım gözlənilir

Azərbaycanda yaxın günlərdə çörəyin qiymətində artım gözlənilir. Oxu.az xəbər verir ki, artımın 5 qəpik civarında …