Cümə , Sentyabr 24 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycan vətəndaşlarının Türkiyədən aldığı evlərin sayı AÇIQLANDI

Azərbaycan vətəndaşlarının Türkiyədən aldığı evlərin sayı AÇIQLANDI

2021-ci ilin aprel ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 131 daşınmaz əmlak alışı həyata keçirib.

Oxu.Az-ın Türkiyənin Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, ötən ay ərzində Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan 8-ci sırada qərarlaşıb.

Aprel ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən alışı həyata keçirilən daşınmaz əmlakların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 96 ədəd və ya 3,7 dəfə artıb. Əvvəlki ayla (2021-ci il mart) müqayisədə isə 25 ədəd və ya 23,6 faiz çoxdur.

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 764 daşınmaz əmlak alıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 2,1 dəfə azalıb.

Qeyd edək ki, 2021-ci ilin mart ayında xarici vətəndaşlar tərəfindən ümumi 4 132 daşınmaz əmlakın alışı həyata keçirilib. Satışların əksəriyyəti İstanbul, Antalya, Ankara, Mersin və Bursanın payına düşüb.

Həmçinin oxuyun

“Çıraq” platformasından hasilat dayandırılır

BP Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı kimi məlumat verir ki, AÇG-nin illik iş …