Çərşənbə axşamı , Aprel 7 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədə 189 daşınmaz əmlak obyekti satın alıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11 obyekt azdır.

Trend bu barədə Türkiyə Dövlət Kadastrı və Alqı-Satqı Agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, fevral ayında Azərbaycan vətəndaşları Türkiyədə 90 daşınmaz əmlak obyekti əldə edib. Bu, ötən ilin fevralı ilə müqayisədə 15 obyekt azdır.

2020-ci ilin fevralında 118 753 daşınmaz əmlak obyekti satılıb ki, bu da 2019-cu ilin fevralı ilə müqayisədə 51,4 faiz çoxdur.

Hesabat dövründə əcnəbilər 4 005 daşınmaz əmlak əldə edib. Bu, 2019-cu ilin fevralı ilə müqayisədə 20,6 faiz çoxdur.

Həmçinin oxuyun

BU ŞƏXSLƏRƏ BİRDƏFƏLİK ÖDƏMƏ VERİLMƏYƏCƏK – Nazirlikdən açıqlama

“Pandemiya dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərarla əlaqədar əlavə …