Ana səhifə / İqtisadiyyat / Azərbaycan vətəndaşları neçə ölkəyə vizasız gedə bilərlər? – SİYAHI

Azərbaycan vətəndaşları neçə ölkəyə vizasız gedə bilərlər? – SİYAHI

“Henley & Partners” şirkətinin “İllik viza məhdudiyyəti indeks”ində (Visa Restrictions Index) Azərbaycan 74-cü yerdə qərarlaşıb.

Oxu.Az xəbər verir ki, ümumiyyətlə, Azərbaycan vətəndaşları 62 dövlətə vizasız səfər edə bilərlər.

Ölkəmiz bu siyahıda qonşu Ermənistan (78-ci yer) və İrandan (95-ci yer) irəlidədir. Gürcüstan 68-ci, Rusiya 51-ci və Türkiyə 52-ci yerdədir.

Almaniya 4 ildir reytinqdə liderliyini qoruyub saxlayır. Bu ölkə vətəndaşlarının 176 dövlətə vizasız səyahət etmək imkanı var. İkinci yerdə İsveç qərarlaşıb (175 ölkə), 3-cü yeri isə 5 ölkə bölüşür – Finlandiya, İtaliya, İspaniya, ABŞ və Danimarka (174).

Reytinqdə son yerləri (28 ölkəyə vizasız səyahət), İraq (27), Əfqanıstan (24) tutur.

Qeyd edək ki, indeks dünyada 200-dən çox ölkənin və ərazinin viza qaydalarını təhlil edir və vizasız səfər ölkələrinin sayına görə ayırır.

Ölkənin mövqeyi, onun vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı ilə müəyyənləşdirilir.

Həmçinin oxuyun

Nəqliyyat və rabitə sektorunun kreditləşməsi ilin əvvəlindən 27% azalıb

Bu ilin noyabrın 1-nə Azərbaycanda nəqliyyat və rabitə sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni …

Bir cavab yazın