Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycan və Türkmənistan nəqliyyat əməkdaşlığı üzrə hökumətlərarası komissiya yaradılacaq

Azərbaycan və Türkmənistan nəqliyyat əməkdaşlığı üzrə hökumətlərarası komissiya yaradılacaq

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov nəqliyyat, ətraflı tədqiq və bütün müvafiq məsələlərin vaxtında həlli məsələlərinin müzakirəsi üçün Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasının yaradılması üçün lazımi addımların atılmasına dair göstəriş verib.

Trend-in türkmən KİV-lərinə istinadən verdiyi məlumata əsasən, prezident göstərişi ölkənin Nazirlər Kabinetinin iclası zamanı verib.

Berdiməhəmmədov Türkmənistan, Əfqanıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçən və geniş geoiqtisadi məkanda səmərəli qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə kömək edəcək “Lazurit” beynəlxalq nəqliyyat-tranzit dəhlizinin vaciblliyini vurğularıb.

Prezident həmçinin qeyd edib ki, Türkmənistan “TRASEKA” proqramının fəal tərəfdaşı və iştirakçısı qisminə çıxış etməyə hazırdır.

Həmçinin oxuyun

BVF 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu keçən ilin oktyabr ayı ilə …