Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / İqtisadiyyat / Azərbaycan və Rusiya milli valyutalarla hesablaşmaları daha da artıra bilərlər

Azərbaycan və Rusiya milli valyutalarla hesablaşmaları daha da artıra bilərlər

“Azərbaycan və Rusiya milli valyutalarla apardıqları hesablaşmaları daha da artırmaq imkanına malikdirlər”.
“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Bakıda başa çatmış IX Azərbaycan-Rusiya Regionlararası Forumunun nəticələrini şərh edən qonşu ölkənin iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov jurnalistlərə bildirib.
“İki ölkə artıq bəzi əmtəə qruplarına dair hesablaşmaları milli valyutalarla aparır. Belə hesablaşmalar üçün bütövlükdə institutsional şərait yaradıldığı üçün bu sahədə geniş potensial görürük”, – deyə o qeyd edib.
Nazir müavini Azərbaycanda “VTB Bank”ın, Rusiyada isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin fəaliyyət göstərdiyini də vurğulayıb.

Həmçinin oxuyun

Azərbaycanda ipəkçiliyin inkişaf perspektivləri

Kənd təsərrüfatı sahəsi olan ipəkçilik hələ qədim zamanlardan Azərbaycanın bütün ərazisində yayılıb və günümüzə qədər …