Bazar ertəsi , İyun 5 2023
Ana səhifə / İqtisadiyyat / Azərbaycan və digər ölkələrin vətəndaşları 1 milyon avro üçün neçə il işləməlidirlər? – Siyahı

Azərbaycan və digər ölkələrin vətəndaşları 1 milyon avro üçün neçə il işləməlidirlər? – Siyahı

Picodi.com saytı müxtəlif ölkələrdə orta aylıq əmək haqqı ilə 1 milyon avronu hansı müddətə toplamağın mümkünlüyünü hesablayıb.
Azərbaycan üçün bu müddət 243 il 10 aya bərabərdir.
İsveçrə, Sinqapur, Lüksemburq, ABŞ və İslandiya bu siyahıda ilk 5 yeri tutur. O ölkələrin vətəndaşları 1 milyon avronu qazanmaq üçün müvafiq olaraq 15 il 3 ay, 18 il 2 ay, 18 il 6 ay, 21 il 3 ay və 22 il 5 ay işləməlidirlər.
Son beş yerdə Nepal (450 il 1 ay), Nigeriya (554 il), Uqanda (559 il 9 ay), Misir (646 il 5 ay) və Pakistan (664 il 6 ay) qərarlaşıb.
Region ölkələrinin sıralaması belə olub:
Rusiya – 146 il 4 ay
Ermənistan – 159 il 3 ay
Belarus – 177 il 4 ay
Qazaxıstan – 182 il 11 ay
Gürcüstan – 184 il 3 ay
Türkiyə – 214 il 8 ay
Ukrayna – 230 il 9 ay
Azərbaycan – 243 il 10 ay
İran – 293 il 11 ay

Həmçinin oxuyun

Ekspert Mərkəzi Bankın proqnozu ilə razılaşmır: “İnfilyasiya 15 faiz olacaq”

“2023-cü ildə inflyasiya 15 faiz həddində olacaq”.  Bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif …