Şənbə , Oktyabr 24 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycan tütün istehsalını 2 dəfəyə yaxın artıracaq

Azərbaycan tütün istehsalını 2 dəfəyə yaxın artıracaq

Azərbaycan 2018-ci ildə 6,5 min ton tütün istehsal etməyi proqnozlaşdırır.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinin 2018-ci il və sonrakı üç il üzrə proqnozlarına istinadən xəbər verir.

Tütün istehsalında növbəti ildə 2017-ci ilin gözlənilən nəticəsi ilə müqayisədə 20,4% artım gözlənilir. Ümumiyyətlə, 2021-ci ilədək tütün istehsalının artırılmasının davam etdiriləcəyi və istehsalda 2017-ci ilin gözlənilən nəticəsi ilə müqayisədə 1,9 dəfə artımın baş verəcəyi nəzərdə tutulub.

Tütün istehsalının 2019-cu ildə 7,0 min tona, 2020-ci ildə 8,5 min tona, 2021-ci ildə isə 10,0 min tona çatdırılacağı planlaşdırılır.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …