Şənbə , Sentyabr 23 2023
Ana səhifə / İqtisadiyyat / Azərbaycan Türkmənistandan svop qazı tədarükünü artırıb

Azərbaycan Türkmənistandan svop qazı tədarükünü artırıb

İran türkmən qazının Azərbaycana svop tədarükünü sutkada 4,5-5 milyon kubmetrdən 7-7,5 milyon kubmetrə qədər artırıb.
Bu barədə TASS-ın müxbirinə müsahibəsində İranın Türkmənistandakı səfiri Qulam Abbas Ərbab Xales bildirib.
“Türkmən qazının İran ərazisindən tədarükünə gəlincə, biz müqavilələrimizə baxmalıyıq. Amma razılaşmalara əsasən, biz Azərbaycana gündə 4,5-5 milyon kubmetr svop tədarük edirik. İndi svop tədarüklərini artırıb 7-7,5 milyon kubmetrə çatdırmışıq”, – xales deyib.
Qeyd edək ki, Azərbaycan, Türkmənistan və İran svop qaz tədarükünün həcmini iki dəfə artırmaq barədə daha əvvəl razılığa gəliblər. Ölkələr arasında müddətsiz üçtərəfli saziş 2021-ci ilin noyabrında Aşqabadda imzalanıb.

Həmçinin oxuyun

“ATEF Şirkətlər Qrupu”nun borcu 11 milyona yüksəldi

“ATEF Şirkətlər Qrupu”nun son 3 ayda dövlətə olan vergi borcu 1 milyon manata yaxın artıb. Qaynarinfo-nun …