Çərşənbə , Aprel 21 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycan şirkəti Avropadan Cənubi Qafqaza gələn internet trafikini nəzarətə götürür

Azərbaycan şirkəti Avropadan Cənubi Qafqaza gələn internet trafikini nəzarətə götürür

Azərbaycanlı iş adamı Nəsib Həsənov Avropa ilə Cənubi Qafqazı birləşdirən magistral internet kabelinə nəzarət edən “Caucasus Online” provayderinin 100%-lik sahibi olub.

Bu barədə Gürgüstanın agenda.ge informasiya portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, N.Həsənovun başçılıq etdiyi “Neqsol Holding” hələ 2019-cu ildə magistral xəttin sahibi olan “Caucasus Online” şirkətinin səhmlərinin 49%-ni əldə edib. Bugünlərdə isə sonuncunun rəhbəri Xviça Makatsariya səhmlərin yerdə qalan hissəsini də holdinqə satmağı qərara alıb.

Beləliklə də, Azərbaycan şirkəti Avropadan Cənubi Qafqaza gələn internet kabelini nəzarətə götürüb. /Oxu.az

Həmçinin oxuyun

Neftin qiyməti 74 dollara qədər arta bilər – “Bloomberg”

Koronavirus pandemiyası dövründə dünyakı anbarlarda saxlanılan neft ehtiyatları praktiki olaraq azalıb və bu da cari …