Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycan Rusiyanı Türkiyə bazarında sıxışdırır – ŞƏRH

Azərbaycan Rusiyanı Türkiyə bazarında sıxışdırır – ŞƏRH

“Keçən illə və bu ili müqayisə etsək, görərik ki, “Qazprom”un payı azalıb, Azərbaycanın payı isə artıb”

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin bir hissəsinin açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan və Türkiyə prezidentləri, eləcə də Avropa ölkələrinin bir sıra rəsmi nümayəndələri iştirak etdilər.

TANAP həmişə, bu layihəni Türkmənistan qazı olmadan mənfəətsiz hesab edən ekspertlər arasında qızğın müzakirələrə səbəb olub. Buna baxmayaraq, layihə həyata keçirildi və Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “maliyyə yükü əsasən Azərbaycan və Türkiyənin çiyinləri üzərinə düşdü”.

Layihənin Türkiyəyə daha çox iqtisadi faydası olacağını hesab edənlər də var. Mövzunu AYNA-ya şərh edən Neft Araşdırmalar Mərkəzinin (NAM) rəhbəri İlham Şabanın sözlərinə görə, Azərbaycan və Rusiya qaz bazarları uğrunda yarışır: “Keçən il və bu il Rusiyanın “Qazprom” şirkətinin Türkiyə bazarındakı payını müqayisə etsək, görərik ki, “Qazprom”un payı azalıb, Azərbaycanın payı isə artıb. Əgər 2021-ci ilin proqnozlarına baxsaq, bu, təqribən 12 milyard kubmetrdir”.

“Azərbaycan öz qazını Türkiyəyə dünya bazar qiymətləri ilə satmır” iddialarına ekspert belə cavab verib: “Onu deyənlər enerji bazarından məlumatsız olanlardır. Bəs “Qazprom” necə, Türkiyəyə qazı bazar qiyməti ilə satır? Əlbəttə, xeyr. Baxın, Amerika qazı Türkiyə bazarına hansı qiymətə verilir – 180-190 dollara və hətta daha aşağı qiymətə. Bu qiymətlər “Qazprom”un satdığı qazın qiymətindən daha aşağıdır. “Qazprom” tədricən Türkiyə bazarındakı mövqeyini itirir, cəmi bir il ərzində həcmi 5 milyard kubmetr azaldıb. Türkiyə mayeləşdirilmiş təbii qazın idxal həcmini onqat artırdı. Bütün bunlar Amerika və Qətər qazıdır. İranın Türkiyə bazarındakı payı, təxminən 7-8 milyard kubmetrdir”.

“Azərbaycan “Qazprom”dan müəyyən pay alır. Bu, iki ölkənin prezidentlərinin yaxşı münasibətlərdə olması ilə bağlı deyil, Azərbaycanın daha yaxında yerləşməsi ilə bağlıdır. Rusiya qazı 3000 km-dən daha uzun məsafədən gəlir, vaxt itkisi yaranır. Biz isə məkan baxımından Türkiyəyə daha yaxınıq”, – İ.Şaban bildirib.

Ekspert, Türkiyənin bu layihədən Azərbaycandan daha çox qazanacağı sualını belə şərh edib: “Bu, real deyil. Onların yanaşması, Xəzər dənizinin süni göl olduğunu və Türkmənistandan Xəzərin dibi ilə Azərbaycana boru kəməri çəkməyin heç bir mənası olmadığını düşünən bəzi Avropa siyasətçilərinin düşüncələrinə bənzəyir. Üstəlik, qaz həcmi ümumiyyətlə nəzərə alınmır. Bunlar Azərbaycanla Türkiyə arasında münasibətləri gərginləşdirmək istəyən insanlardır. Bunu, əsasən solçu populist siyasətçilər edirlər. Türkiyənin solçu qəzetlərindən birində oxudum ki, “TANAP layihəsindən Türkiyə heç nə əldə etməyəcək, çünki bu layihə Azərbaycana məxsusdur”. Elə həmin insanlar Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsinə qarşı çıxırdılar”.

Transxəzər boru kəmərinin icrasının mümkünlüyü barədə danışan Şaban deyib ki, bu layihəyə investisiya qoymaq arzusunu ifadə edən, ən azı bir şirkət meydana çıxdığı zaman Transxəzər qaz kəməri reallaşacaq: “1996-cı ildən bəri bu layihə haqqında danışırlar, ancaq hələ də investor tapmayıblar. Rusiya və İran haqqında olan bütün bu söhbətlər cəfəngiyatdır. Əgər müəyyən maliyyə dairələri bununla maraqlanırsa, bəs onlar kimlərdir? Digər tərəfdən Rusiya, uzunluğu 1000 km və dərinliyi 2000 metr olan “Nord Axını 2” boru kəmərini inşa edir. ABŞ barədə danışmasaq, yalnız beş sahilboyu ölkə bu layihəyə qarşı idi. Nəticə necədir? Kommersiya gəlirliyi olduğu zaman heç bir siyasi qüvvə mane ola bilməz”.

Həmçinin oxuyun

Xudafərinin iqtisadi və geosiyasi əhəmiyyəti… (ŞƏRH)

Azərbaycan Ordusunun ardıcıl qələbəsi nəticəsində Xudafərin körpüləri işğaldan azad olunub. Bununla Azərbaycan tarixi torpağına qovuşmaqla …