Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / İqtisadiyyat / Azərbaycan rusiyalılar üçün ən ucuz istirahət yeridir

Azərbaycan rusiyalılar üçün ən ucuz istirahət yeridir

Azərbaycan rusiyalıların yay istirahəti üçün ən münasib qiymətləri olan istiqamətlərin ilk üçlüyünə düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə “Skyscanner” məlumat yayıb.

Ekspertlər dünya kurortlarında aviabilet, qalma, qidalanma və digər xərcləri təhlil edib və yay məzuniyyəti üçün ən “cibə uyğun” turizm istiqamətlərinin reytinqini tərtib edib.

Hesablamalarda Rusiyadan olan orta stastistik cütlüyün iki həftəlik səyahət xərcləri nəzərə alınıb.

Ən az xərc tələb edən xarici istiqamətlər arasında Abxaziya bölgəsi siyahıya başçılıq edir.  Burada iki nəfərlik səyahət xərcləri, təyyarə bileti, qalma, qidalanma, əyləncə və nəqliyyat xərcləri nəzərə alınmaqla 1396 dollar təşkil edir.

Maddi baxımdan ən əlverişli kurortların reytinqində Azərbaycan ikinci yerdə qərarlaşıb. Çimərlik istirahəti üçün hər cür şəraiti olan Azərbaycanda rusiyalı cütlüyün iki həftəlik məzuniyyəti orta hesabla 1602 dollara başa gəlir.

Siyahıda ilk üçlüyü Vyetnam tamamlayır. İki nəfərin iki həftəlik səyahəti bütün xərclər nəzərə alınmaqla 1608 dollar təşkil edir.

İlk onluğa Türkiyə, Gürcüstan, Albaniya, Rumıniya, Polşa kimi ölkələr də daxil edilib.

Həmçinin oxuyun

Nazir tender “kralı” ilə 4.3 milyonluq müqavilə bağladı – Təmir üçün

Mədəniyyət Nazirliyi  “İnpeks.N” MMC ilə “cari təmir işləri” və “əsaslı təmir işləri”nin həyata keçirilməsi üçün …