Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğu fəallığını davam etdirir – FOTO

Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğu fəallığını davam etdirir – FOTO

Azinforum.az xəbər verir ki, Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğu tərəfindən Xocalı faciəsinin 24-cü il dönümü münasibəti ilə Xarkov və Paltava şəhərlərində anım tədbirləri keçirilmişdir. Keçirilən tədbirlərdə Azərbaycanın Fəxri Konsulu Əfqan Salmanov Xocalı faciəsi haqqında və Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti haqqında iştirakçılara geniş məlumat vermişdir. Anım tədbirlərində Ukraniya ictimaiyyətinin tanınmış nümayəndələri xüsusi ilə bu ölkənin bir sıra universitet rəhbərləri və Ukraniyalı alimlər Azərbaycan xalqına qarşı törədilmiş faicədən danışaraq ölkəmizə baş sağlığı vermişdir.

kon

 

Həmçinin çıxışlarda separatizm və terorizmə qarşı birgə mübarizə və Ukraniya Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində görüləcək işlər haqqında fikirlər səsləndirmişdir. Xarkov Fəxri Konsulluğumuzun təşkil etdiyi anım tədbirlərində Ukraniya ictimaiyyətinin fəalları universitet tələbləri və Azərbaycan Diasporunun fəalları iştirak etmişdir. Tədbirlərdə BDM sədrinin I müavini DAK aparat rəhbəri Samir Adıgözəlli də iştirak etmişdir. O , Xarkovda Azərbaycanın Fəxri Konsulluğunun yarandığı 1 il, 5 ay ərzində Azərbaycanın tanıdılması ölkəmizin üzləşdiyi teror və işğal faktları ilə bağlı Ukraniya ictimaiyyətinin məlumatlandırması istiqamətində xeyli işlər gördüyünü qeyd edib.

x2

x3

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …

Bir cavab yazın