Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycan qızılından külçə və sikkələr istehsal olunacaq (VİDEO)

Azərbaycan qızılından külçə və sikkələr istehsal olunacaq (VİDEO)

Yaxın vaxtlarda bazara yerli qızıl sikkələr çıxarılacaq.
“Azərqold” şirkətindən verilən məlumata görə, məqsəd yerli sahibkarlara dəstək vermək, eləcə də tarix, mədəniyyət və incəsənət nümunələrini əbədiləşdirməkdir. Sertifikatlaşdırılmış təmiz yerli qızıldan olan külçə və sikkələr ölkənin tarixini və mədəniyyətini əks etdirən dizaynlarda hazırlanacaq.
“Azərgold”dan filiz yataqlarında aparılan işlər barədə də məlumat verilib. Qeyd edilib ki, Daşkəsəndə yerləşən “Çovdar” yatağının yerüstü hissəsinin istismarı davam etdirilir. Bu mərhələ çərçivəsində 210 min unsiya qızıl və 345 min unsiya gümüşün hasil edilməsi nəzərdə tutulub ki, bunun nəticəsində də 450 milyon manatdan artıq gəlir əldə ediləcək. İndiyədək isə 230 milyon manatdan artıq gəlir götürülüb. Bu etapdan sonra yeraltı sulfid mərhələsinə keçiləcək.
Göygöl rayonu ərazisindəki “Tülallar” yatağında isə buruq-qazma işləri aparılır. Buradan da xeyli qızıl və gümüş əldə ediləcəyi gözlənilir. Qazma işləri aparılan daha bir ərazi isə Naxçıvandakı mis-qızıl sahəsidir. Burada iyul ayından etibarən işlərə başlanılıb, əsasən mis və qızıl əldə edilməsi planlaşdırılır.
Avropa, eləcə də dünyanın ən iri yataqlarından olan Balakəndəki “Filizçay” polimetal yatağı ilə bağlı isə ilkin tədqiqat sənədləri tam hazırdır və görüləcək işlər planlaşdırılır. Buradan əsasən sink, qurğuşun, mis və gümüş hasil ediləcək. Əldə ediləcək gəlir isə 10 milyard manata yaxın olacaq. Sözügedən yataqların istismarı zamanı minlərlə insanın işlə təmin edilməsi nəzərdə tutulub.

Həmçinin oxuyun

BVF 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu keçən ilin oktyabr ayı ilə …