Bazar ertəsi , İyun 5 2023
Ana səhifə / İqtisadiyyat / Azərbaycan qeyri-neft ixracını 21 % artırıb

Azərbaycan qeyri-neft ixracını 21 % artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi ixracının dəyəri 12,6 milyard ABŞ dolları, qeyri-neft ixracının dəyəri isə 1,2 milyard ABŞ dolları təşkil edib.

Bu barədə “Report”a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 21,2 % artıb. O cümlədən, spirtli və spirtsiz içkilərin ixracında 6 dəfə artım olub.

Hesabat dövründə aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın dəyəri 9,1 % artaraq 248,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 1 il əvvələ nisbətən 53,8% artaraq 74,7 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracının dəyəri 2021-ci ilə nisbətən 12,3 % artaraq 3 047,67 milyon ABŞ dolları olub.

Həmçinin oxuyun

Ekspert Mərkəzi Bankın proqnozu ilə razılaşmır: “İnfilyasiya 15 faiz olacaq”

“2023-cü ildə inflyasiya 15 faiz həddində olacaq”.  Bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif …