Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycan qaz hasilatını artıracaq

Azərbaycan qaz hasilatını artıracaq

Azərbaycan qaz hasilatı həcmini 2025-ci ilədək 47,6 milyard kubmetrə çatdırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu “S&P Global Platts”a müsahibəsində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

E.Nəsirov bildirib ki, ötən il ölkədə 30,49 milyard kubmetr qaz hasil olunub. Bu il hasilatın 20 faiz artırılması planlaşdırılır:

“2023-cü ildə ölkədə qaz hasilatı 38 milyard kubmetr təşkil etməlidir. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı, gözlənildiyi kimi, 2021-ci ilə 17 milyard kubmetr olacaq”.

Onun sözlərinə görə, bununla belə, bu proqnozlar yüksələ bilər, çünki bir sıra layihələr, məsələn, “Şəfəq-Asiman” hazırda kəşfiyyat mərhələsindədir.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …