Ana səhifə / İqtisadiyyat / Azərbaycan peyk xidmətlərinin ixracını artırıb

Azərbaycan peyk xidmətlərinin ixracını artırıb

“Azərkosmos” ASC-nin peyk xidmətlərinin ixracının həcmi 2018-ci ilin noyabrında 1,6 milyon dollar təşkil edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxracat icmalı”nda deyilir.

Mərkəzin məlumatına əsasən, ASC-nin xidmətlərinin ixracından əldə etdiyi gəlir operatorun gəlirlərinin ümumi həcminin 88 faizini təşkil edib.

2018-ci ilin yanvar-noyabr aylarında peyk və telekommunikasiya xidmətlərinin ixracından Açıq Səhmdar Cəmiyyətinin gəlirlərinin ümumi həcmi 24 milyon dollar təşkil edib. (Trend)

Həmçinin oxuyun

“Banklarda depozitlərlə kreditlər arasında 20 faizədək fərq var”

Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 42,6 milyon manat xalis mənfəət əldə edib. Maliyyə …