Bazar , Noyabr 28 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycan ötən il 57 milyon dollarlıq cır-cındır idxal edib

Azərbaycan ötən il 57 milyon dollarlıq cır-cındır idxal edib

Azərbayacan hər il bir neçə milyon dollar dəyərində işlənmiş geyimlər, toxuculuq məmulatları və cır-cındır (geyimə yaramayan) idxal edir. Ölkəmiz bu vəziyyətdə olan məhsulların idxalı ilə bərabər onların ixracını da həyata keçirir. 
Bu ilin yanvar-may ayları ərzində ölkəmizə işlənmiş geyimlərin və cır-cındırın idxalı azalıb, ixracı isə artıb. İlk 5 ayda köhnə, nimdaş malların idxal dəyəri 18,1 milyon dollar, ixracı 9 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə köhnə geyim və cır-cındır idxalı 4,6 milyon dollar azalıb, ixracı 620 min dollar artıb. 
2020-ci ilin yekunlarına görə isə Azərbaycan 57,357 milyon dollar dəyərində nimdaş geyim malları idxal edib. Əvəzində 20,26 milyon dollar dəyərində nimdaş mal satıb. 

Azərbaycan işlənmiş geyimlərin və cır-cındırın ticarətini son illərdə xeyli artırıb. 2014-cü ildə ixrac 12,4 milyon dollar, idxal 7,6 milyon dollar idi. 2016-cı ildə ixrac 10,8 milyon dollara düşdüyü halda, idxal 26 milyon dollara yüksəldi. 2018-ci ildə ixrac 22 milyon dollara, idxal 36 milyon dollara qədər artıb. Statistika göstərir ki, işlənmiş geyimlərin və cır-cındırın idxalında ən yüksək göstərici 2020-ci ildə, ixracda ən yüksək göstərici 2018-2019-cu illərdə olub.

Həmçinin oxuyun

İran Xəzər dənizindəki yataqları niyə istifadə etmir? – TƏHLİL

Bu yaxınlarda Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr …