Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan niyə buğda almır?

Azərbaycan niyə buğda almır?

Azərbaycan buğda idxalını kəskin azaldıb.

Belə ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana 134 min 870 ton buğda idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 30 milyon 888 min ABŞ dollar dəyərində olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 133 min 244 ton (2 dəfə), dəyər baxımından isə 51 milyon 099 min ABŞ dollar (2,6 dəfə) azdır. Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,3 %-ni təşkil edib. Qeyd edək ki, Azərbaycan ərzaq buğdası ilə bağlı idxalçı ölkədir. Ölkədə buğda ilə bağlı yerli istehsal olsa da mütəxəssislər onun keyfiyyət baxımından o qədər yararlı olduğunu düşünmürlər.

Məhz bu baxımdan ölkəyə keyfiyyətli buğda toxumu idxalının daha məqsədəuyğun olduğunu bildirirlər. 

Hazırda buğda idxalının kəskin azalmasının səbəbi ehtiyatın kifayət qədər olması ilə bağlıdır, yoxsa yerli istehsal artmaqdadır? 

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info”-ya bildirdi ki, Azərbaycanda buğda keçən il həddindən artıq çox alınıb:

“Çünki müharibə və digər problemlərlə əlaqədar ərzaq ehtiyatlarını artırmaqla bağlı qərar verilmişdi. İstehsal da arta bilməz. Ona görə ki, yeni ilin ilk aylarında buğda yığımı yoxdur.

Yazda əkilən buğda yay aylarının əvvəlində, payızlıq buğda isə noyabr-dekabr aylarında yığılır. Yəni yerli istehsalla bağlı artım yoxdur. Sadəcə, ehtiyatlar kifayət qədər sürətlə artdı. Ona görə də ilin əvəlində buğda alışında müəyyən azalmalar var. Ancaq düşünürəm ki, yay aylarına doğru satınalmalarda artım müşahidə olunacaq”. 

Həmçinin oxuyun

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi (UDAM) …