Çərşənbə axşamı , Mart 28 2023
Ana səhifə / İqtisadiyyat / Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,57 ABŞ dolları, yaxud 1,78 % azalaraq 86,47 ABŞ dolları təşkil edib.

Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri 83,29 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Həmçinin oxuyun

Ramiz Mehdiyevin bankında istefalar başladı

“Bank BTB” ASC-nin İdarə Heyətinin sədri Emil Rzayev işdən çıxıb. Gundem.az xəbər verir ki, onun …