Şənbə , Oktyabr 31 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycan nefti sürətlə ucuzlaşır – ŞƏRH

Azərbaycan nefti sürətlə ucuzlaşır – ŞƏRH

Korona virusun qlobal təsirləri Dövlət Neft Fondunu da vurur

İqtisadçı Qubad İbadoğlu Çində yayılan karona virusu ilə bağlı status paylaşaraq, onun dünya iqtisadiyyatına təsirlərini şərh edib.

Onun sözlərinə görə, korona virusu dünya iqtisadiyyatını çox pis dövrdə yaxalayıb: “İlin əvvəli adətən işgüzar fəallığın aşağı düşdüyü dövrdə onun yaratdığı qlobal təhlükə artıq beynəlxalq maliyyə və əmtəə bazarlarında pis exo verir. Fond birjalarında səhmlər dəyərsizləşir, əmtəə bazarlarında xammallar ucuzlaşır.

Nüfuzlu Goldman Sachs investisiya banjının hesablamalarına görə korona virus Çin iqtisadiyyatlnda artım ən azı 0,4 faiz aşağı salacaq və onun başlıca təsirləri həmçinin ABŞ iqtisadiyyatına olacaq.

Bu virusun təsirindən cari ilin birinci rübündə Çində neftə olan gündəlik tələbat 250 min barreldən çox azalacaq. Təbii ki, bu azalmanın trendə keçməsi və getdikcə böyüməsi dünya bazarında neftin qiymətlərini də ucuzlaşdırır. Artıq prosesə başlayıb, Azərbaycan neftinin satış qiyməti ötən cümə günü demək olar ki, büdcə hesablanarkən götürülmüş baza qiymətinə hər barrel üçün 55 dollara qədər aşağı düşüb. Bu arada qaz qiymətləri daha sürətlə ucuzlaşıb. Son 1 ayda 31 faiz dəyər itirən qazın qiymətində eniş davam edəcək. Bunun xüsusilə də Azərbaycanda qaz hasilatında artım dövrünə təsadüf etməsi ölkənin gəlirlərini azadacaq.
Korona virusun dünya birjalarına səhmlərin qiymətinə mənf təsirləri Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin idarəedilməsindən gəlirlərin aşağı düşməsini şərtləndirəcək.

Çin və Azərbaycan arasında investisiya, ticarət və səyahət əlaqələri də bu virusdan mənfi yöndə təsirlənəcək.

Çox şey korona vurusun əlacının tapılmasından asıldır. Əgər bu tez baş verərsə, onda sabitləşmə də tez başlayacaq. Əks təqdirdə qlobal iqtisadiyyat hər həftə əvvəlkindən daha çox ziyan çəkəcək”.

Həmçinin oxuyun

Manata təhlükə varmı? – ŞƏRH

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsini sabit saxlayıb. Bu barədə faiz dəhlizinin parametrlərinə dair …