Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,51 dollar, yaxud 1,51% bahalaşıb.

“Report” bildirir ki, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 34,39 dollara bərabərdir.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın