Çərşənbə , İyul 6 2022
Ana səhifə / İqtisadiyyat / Azərbaycan nefti 122 dolları ötdü

Azərbaycan nefti 122 dolları ötdü

“Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 122 dolları ötdü.

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,08 ABŞ dolları, yaxud 0,89 % artaraq 122,70 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir. 

Həmçinin oxuyun

“Şəkər tozunun mağazalardan yığışdırılması qanunsuzdur”

“Şəkər tozunu ancaq “Azərsun” paylayır? Məgər xaricdən gəlmir? Hamısı birdən mağazalardan “yox” olubsa, bu, konkret …