Cümə , Aprel 12 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan neft satışının coğrafiyasını dəyişir? – SİYAHI

Azərbaycan neft satışının coğrafiyasını dəyişir? – SİYAHI

Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 1 milyon 462 min 278,3 ton xam neft və xam neft məhsulları satıb.
İxrac olunan xam neftin gömrük dəyəri 863 milyon 453,89 min dollar olub.
Müqayisə üçün bildirək ki, neft ixracı ötən ilin eyni dövrünə nisbətən miqdar ifadəsində 35% (784 milyon ton), dəyər ifadəsində isə 38% (534 milyon dollar) azalıb.
Açıqlanan rəqəmlərdən belə görünür ki, Azərbaycan bu ilin yanvar ayında neft və xam neft məhsullarının 1 tonunu 590 dollara (1 bareli 81 dollara) satıb.
Qeyd edək ki, ötən ilin yanvar ayında bu göstərici 622 dollar (1 barel 85 dollar) olub.
Onu da bildirək ki, ötən ilin yanvar ayı ilə müqayisədə İtaliyaya satılan xam neftin miqdarı 4,7 dəfə azalıb.
Ötən ilin yanvar ayında Avropa ölkələrinə satılan xam neft ümumi neft ixracın 67%-ni təşkil edibsə, bu ilin yanvar ayında 27%-nə bərabər olub.
Bundan başqa, Türkiyəyə satılan neftin də miqdarı kəskin azalıb. Bu ilin yanvar ayında Türkiyəyə neft satışı ötən ilin eyni dövrünə nisbətən 16 dəfə azalıb.
Ötən ilin yanvar ayı və bu ilin yanvar ayında xarici ölkələrə satılan neftin miqdarını təqdim edirik:

Həmçinin oxuyun

Azərbaycanda orta aylıq əmək haqqı neçə faiz artıb?

Bu ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin …