Şənbə , Noyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycan neft məhsullarının ixracından gəlirlərini artırıb

Azərbaycan neft məhsullarının ixracından gəlirlərini artırıb

2018-ci ilin yanvar-mart aylarında Azərbaycan 135 mln. 958,25 min ABŞ dolları dəyərində 276 min 550,21 ton neft məhsulları ixrac edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 897,08 ton və ya 40,63% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 57 mln. 679,82 min dollar və ya 73,69% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin üç ayında Azərbaycan xarici ölkələrə 78 mln. 278,43 min dollar dəyərində 196 mln. 653,13 ton neft məhsulu ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin üç ayında neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 4,05%-ni təşkil edib.

Həmçinin oxuyun

Nöqsanlara yol vermiş sahibkarlar cəzalandırıldı

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda …