Ana səhifə / İqtisadiyyat / Azərbaycan neft məhsullarının istehsalını artırıb

Azərbaycan neft məhsullarının istehsalını artırıb

Bu ilin yanvar-fevral ayları ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 539,1 milyon manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,3% artıb.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu müddətdə neft məhsullarından sürtkü yağlarının istehsalı 2,2 dəfə, yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumunun istehsalı 24,3%, avtomobil benzininin istehsalı 15,1%, dizel yanacağının istehsalı 9,5% artıb, neft koksunun istehsalı 1,2%, ağ neftin istehsalı 3,3%, neftkimya sənayesində istifadə üçün benzinin istehsalı isə 17,9% azalıb.

 Azərbaycanda neft məhsullarının dinamikası: 

Məhsul növləri2020-ci ilin yanvar-fevraı aylarında istehsal edilibƏvvəlki ilin müvafiq dövrünə nisbətən, %
Avtomobil benzini, min ton230,0115,1
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton44,182,1
Ağ neft, min ton100,196,7
Dizel yanacağı, min ton371,8109,5
Yanacaq mazutu, min ton19,92,1 d.
Sürtkü yağları, min ton5,32,2 d.
Neft bitumu, min ton30,2124,3
Neft koksu, min ton39,598,8

Həmçinin oxuyun

“Bu il Avrozona iqtisadiyyatı kiçiləcək” –”Fitch Ratings”

Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” koronavirusun (COVID-19) təsiri ilə bu il Avrozona iqtisadiyyatının 4,2% …