Ana səhifə / İqtisadiyyat / Azərbaycan neft ixracını 4 % azaldıb

Azərbaycan neft ixracını 4 % azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin iki ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, bunun 4,6 milyon tonu konsorsium, 255 min tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.

Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən, təxminən 182 min ton, yəni 4 % azdır.

Həmçinin oxuyun

Azərbaycanın “qırmızı qızıl”dan əldə etdiyi gəlir yarıbayarı AZALDI

2020-ci ilin birinci rübündə 33 min tona yaxın pomidor satan Azərbaycan bu ilin birinci rübündə …