Ana səhifə / İqtisadiyyat / Azərbaycan neçə ölkə ilə ticarət əməliyyatları aparıb?

Azərbaycan neçə ölkə ilə ticarət əməliyyatları aparıb?

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 138 xarici ölkə ilə ticarət əməliyyatları aparıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 ölkə və yaxud 11% azdır.

Xatırladaq ki, 2 ay ərzində Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 1 il əvvələ nisbətən 0,8 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,8 % artıb, idxal isə 7,7 % azalıb. Son nəticədə xarici ticarətdə 2 333 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 24,8 % çoxdur.

Həmçinin oxuyun

Azərbaycanda tikinti materialları ucuzlaşdı – VİDEO

Bəzi tikinti materialları ucuzlaşıb.  Sahibkarlar bildiriblər ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində …