Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycan minik avtomobillərin istehsalını üç dəfə artıracaq – PROQNOZ

Azərbaycan minik avtomobillərin istehsalını üç dəfə artıracaq – PROQNOZ

Azərbaycanda 2023-cü ildə 6 000 ədəd minik avtomobili istehsal olunacağı proqnozlaşdırılır ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 3 dəfə çoxdur.

“APA-Economics”in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, 2019-cu ildə Azərbaycanda 2 000 ədəd minik avtomobilin istehsalı gözlənilir və ilbəil 1 000 ədəd artacağı və 2023-cü ildə 6 000-ə çatacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 969 ədəd minik avtomobili istehsal edilib.

Azərbaycanda maşın və avadanlıqların istehsalı üzrə proqnoz göstəricilər:

Maşınqayırma sənayesi (növ üzrə)  2018-ci il  2019-cu il  2020-ci il  2021-ci il  2022-ci il  2023-cü il
Odsöndürənlər11 89613 08613 43614 63616 93617 336
Traktorlar130310508309309801 030
Yük avtomobilləri6870620760840680
Qoşqular və yarımqoşqular761760770780790800
Minik avtomobilləri9692 0003 0004 0005 0006 000

Həmçinin oxuyun

Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq

Azərbaycanın işğaldan azad etdiyi ərazilərin böyük iqtisadi potensialı var. Bu ərazilər həm aqrar üstünlüyü, həm …