Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan millisinin sabiq baş məşqçisi HƏBS EDİLDİ – FOTO

Azərbaycan millisinin sabiq baş məşqçisi HƏBS EDİLDİ – FOTO

Kiyevdə Ukrayna hüquq mühafizə orqanları əməkdaşları cüdo üzrə Azərbaycan millisinin sabiq məşqçisi Peter Zayzenbaheri saxlayıb.

Azinforum.az  xəbər verir ki, bu barədə Vyana məhkəməsi xəbər yayıb. “Ukrinform” nəşri də ötən gün Kiyevdə 57 yaşlı avstriyalının saxlanıldığını bəyan edib. Lakin Ukrayna polisi saxlanılan şəxsin adını açıqlamayıb.

Xatırladaq ki, Zayzenbaher 2 uşağı – 11 və 13 yaşlı yetirmələrini zorlamaqda ittiham olunur. Onun hadisəni 1997-cı ilin sonlarında 2004-ci ilin əvvəllərində törətdiyi bildirilir.Sabiq baş məşqçinin beynəlxalq axtarışa verilməsinə səbəb onun məhkəmə proseslərinə gəlməməsi və istintaqdan gizlənməsidir.

Avstriya qanunvericiliyinə əsasən o bir ildən on ilə qədər azadlıqdan məhrum oluna bilər.

Ukrayna polisinin yaydığı məlumata görəç axtarılan şəxs cinayət məsuliyyətindən yayınmaq üçün 2016-cı ilin oktyabrında Ukraynaya qaçıb və bu günə qədər orda olub.

Vyana məhkəməsinin mətbuat katibinin sözlərinə görə, Zayzenbaherin saxlanılması üzrə əməliyyat Avstriya, Gürcüstan və Ukrayna hüquq mühafizə orqanlarının birgə səyi nəticəsində həyata keçirilib.

Xatırladaq ki, Zayzenbaher 2012-2014 və 2015-2016-cı illərdə cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi olub. (AzVision.az)

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın