Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / İqtisadiyyat / Azərbaycan İstanbulun yeni hava limanına aviayanacaq tədarükünə başlayıb

Azərbaycan İstanbulun yeni hava limanına aviayanacaq tədarükünə başlayıb

SOCAR İstanbulun yeni hava limanına aviasiya yanacağının tədarük olunmasına başlayıb.

Bunu Trend-ə “SOCAR Turkey” şirkətindən bildiriblər.
Şirkətdən deyiblər ki, yanvar ayından, həmçinin STAR neft emalı zavodu “Petkim” neft-kimya kompleksinə nafta tədarükünə başlayıb.
Qeyd olunub ki, STAR zavodunda sınaq prosesləri başa çatıb və bütün qurğular istifadəyə verilib:
“Bu il STAR neft emalı zavodu 8 milyon ton xam neft emal edəcək. Zavod xam neftin müxtəlif növlərini emal edə bilər. Hazırda emal olunan xammalın böyük hissəsi Rusiyadan olan “Urals” növüdür”.
Xatırladaq ki, SOCAR İstanbulda yeni hava limanının aviasiya yanacağı ilə təmin olunması bağlı tenderin qalibi olub.
Şirkət tenderdə “SOCAR Aviation” markası ilə iştirak edib.

Həmçinin oxuyun

Azərbaycanı gözləyən inflyasiya proqnozu açıqlandı

Beynəlxalq Valyuta Fondu (IMF) “Global Economic Outlook” hesabatının oktyabr sayını geniş ictimaiyyətə təqdim edib. Hesabatda …