Şənbə , Dekabr 4 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycan Gürcüstanın qaza olan ehtiyacının 99,65%-ni ödəyəcək

Azərbaycan Gürcüstanın qaza olan ehtiyacının 99,65%-ni ödəyəcək

2018-ci ildə Gürcüstanın təbii qaza olan ehtiyacı 2,689 mlrd. kub metr həcmində proqnoz olunur.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, bu həcmin 99,65%-ni Azərbaycan təmin edəcək.

Qonşu ölkə təbii qaz həcminin 1,866 mlrd. kub metrini “SOCAR” şirkətindən, 813 mln. kub metrini isə “Şahdəniz” yatağından əldə edəcək. Yerdə qalan 0,35% isə (9,41 mln. kub metr) yerli hasilatın payına düşəcək.

Proqnoza əsasən, gələn il Gürcüstan Rusiyadan təbii qaz almağı planlaşdırmır. 2017-ci ildə qonşu ölkə Rusiyadan 100 mln. kub metr təbii qaz alıb. (APA)

Həmçinin oxuyun

Beynəlxalq Bank birinci qrup əlilə belə zülm edir

Redaksiyamıza Suraxanı rayon sakini,  Rzayeva İradə Səlim qızı çox təsirli, qandonduran bir şikayət məktubu ünvanlayıb. …