Şənbə , Sentyabr 25 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycan Gürcüstandan şərab idxalını kəskin artırıb

Azərbaycan Gürcüstandan şərab idxalını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstandan 55 ölkəyə 28,3 milyon şüşə şərab ixrac olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Şərab Agentliyindən bildirilib.

İllik müqayisədə ixracın həcmi 15 % artıb. İxracdan əldə olunan gəlir isə ötən ilin eyni dövrünə nisbətdə 7 % artaraq 65 milyon ABŞ dollarına bərabər olub.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 112 025 şüşə şərab idxal edib. Bu, illik müqayisədə 113 % çoxdur.

İlk 4 ayda gürcü şərabının əsas idxalçıları Rusiya, Ukrayna, Polşa, Çin və Qazaxıstan olub.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsulların satışı 20 faizdən çox artdı

2021-ci ilin yanvar-avqust aylarında Azərabycanda kompüter texnikası və elektron avadanlıq satışı ötən ilin eyni dövrü …