Cümə , Dekabr 4 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycan firavan ölkələr reytinqində irəliləyib

Azərbaycan firavan ölkələr reytinqində irəliləyib

Azərbaycan Böyük Britaniyanın “Legatum Institute” analitik mərkəzinin ölkələrin 2020-ci il üzrə tərəqqi indeksində 78-ci yeri tutub.

“Report”un yerli bürosu xəbər verir ki, 2019-cu illə müqayisədə Azərbaycan reytinqdə 13, son 10 ildə isə 17 pillə irəliləyib.

Azərbaycanın ən yaxşı göstəricisi sahibkarlıq və investisiya mühiti üzrədir. Bu kateqoriyalar üzrə ölkə müvafiq olaraq 39 və 50-ci yerdə qərarlaşıb.

Ölkə təhlükəsizliyə görə 89, yaşayış şəraitinə görə 68, sağlamlığa görə 57, təhsilə görə isə 73-cüdür. Ətraf mühitlə bağlı Azərbaycan 136, sosial kapital üzrə 68, dövlət idarəetməsi üzrə 110, şəxsi azadlıqlarla bağlı 148-ci yeri tutub.

Qeyd edək ki, illik hesabatda dünyanın 167 ölkəsi üzrə araşdırma aparılıb. Reytinq ölkələrdəki siyasi, sosial, iqtisadi, ekoloji və digər sahələr üzrə qiymətləndirmələr əsasında tərtib olunub. İndeksdə ilk üç yeri Danimarka, Norveç və İsveçrə bölüşüb.

Həmçinin oxuyun

Məcburi köçünlərin torpaq bölgüsü bu cür aparılacaq

44 günlük II Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və ölkəmizin ərazi bütövlüyü təmin …