Çərşənbə axşamı , Mart 28 2023
Ana səhifə / İqtisadiyyat / Azərbaycan Ermənistan ərazisində yeni avtomobil yolu tikdi

Azərbaycan Ermənistan ərazisində yeni avtomobil yolu tikdi

“Azərbaycan tərəfi Həkəri çayı üzərində yeni tikilmiş körpüdən keçməklə Ermənistan ərazisində 5,4 km uzunluğunda yeni avtomobil yolu tikərək istifadəyə verib”.

Bu sözləri bu gün Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, 2022-ci ilin avqust ayında Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi (32 km, 2-3 hərəkət zolaqlı, 10 km hissə Ermənistan ərazisində özləri tərəfindən tikilməlidir) başa çatıb.

“Azərbaycan tərəfi yeni tikilmiş yoldan ermənilərin istifadə etmələri məqsədilə sərhəddə Həkəri çayı üzərində yeni tikilmiş körpüdən keçməklə Ermənistan ərazisində 5,4 km uzunluğunda yeni avtomobil yolu da tikərək istifadəyə verib”, – S.Məmmədov qeyd edib. (Trend)

Həmçinin oxuyun

Bazarda fantastik qiymətə satılan meyvələr (VİDEO)

Qiyməti 70 manatdan 180 manata qədər olan alça, 8 manatdan 18 manatadək olan çiyələk, kiloqramı …