Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycan “Doing Business-2019” reytinqində 32 pillə yüksəldi

Azərbaycan “Doing Business-2019” reytinqində 32 pillə yüksəldi

Dünya Bankı tərəfindən hazırlanan “Doing Business – 2019” reytinq cədvəlində Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerdən 25-ə yüksəlib.
“Doingbusiness.org” xəbər verir ki, Azərbaycan biznes və həyatın 11 sahəsində müxtəlif göstəricilər üzrə 190 ölkə arasında ən yaxşılardan biri seçilib.

Hesabatda xüsusilə qeyd olunub ki, Azərbaycan 190 ölkə sırasında iqtisadiyyatlarında ən çox nəzərəçarpan irəliləyişin olduğu 10 ölkədən biridir. Bu onluğa Azərbaycanla yanaşı, Çin, Türkiyə, Hindistan və digər ölkələr də daxil olublar.

Reytinq cədvəlinə əsasən, Azərbaycan xarici şirkətlərin rahatlıqla və heç bir süni əngəl olmadan biznes qura biləcəkləri ən yaxşı 9-cu ölkədir. Eyni zamanda, Azərbaycan kiçik investorların hüquqlarının müdafiəsini ən yaxşı şəkildə təmin edən ikinci ölkədir.

Qeyd edək ki, bundan əvvəl “Doing Business-2018” reytinqində Azərbaycan 57-ci yerdə qərarlaşmışdı.

Həmçinin oxuyun

Deputatdan “Türkiyəyə yatırım edək” çağırışı

Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsində ən böyük dəstəyi qardaş Türkiyədən …