Bazar ertəsi , Sentyabr 27 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycan buğdanın idxalını kəskin artırıb

Azərbaycan buğdanın idxalını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 92 milyon 994.34 min dollarlıq 365 min 348.68 ton buğda idxal edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu həcmin 177 min 404,13 tonunu təkcə aprel ayında idxal olunan məhsul təşkil edir.

Beləliklə, aprel ayında xaricdən əvvəlki 3 aylıq idxalın 94 faizi qədər buğda almışıq. 2021-ci ilin 4 ayındakı buğda idxalımız keçən ilin eyni dövründəkindən 30,6 faizə qədər çoxdur. Belə ki, ötən ilin yanvar-aprelində 60 milyon 841.26 min dollar dəyərində 279 min 763.10 ton buğda idxal etmişdik.

Həmçinin oxuyun

İnflyasiya iqtisadiyyatın uğurlarını yeyir

Azərbaycanda bu ilin səkkiz ayı ərzində ÜDM ötən ilin analoji dövrü ilə müqayisədə 3,6 faiz …