Cümə , Oktyabr 19 2018
Ana səhifə / İqtisadiyyat / Azərbaycan bu ölkəyə 200 min dollarlıq yardım edib

Azərbaycan bu ölkəyə 200 min dollarlıq yardım edib

Azərbaycan Fələstinə 200,0 min ABŞ dolları məbləğində yardım ayırıb. 

XİN-dən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Azərbaycan  Fələstin xalqının çətin günlərində hər zaman yanında olduğunu və islam həmrəyliyinə sadiqliyini nəzərə alaraq, hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East – UNRWA) cari ilin oktyabr ayında 200,0 min ABŞ dolları məbləğində yardım edib.

Qeyd edək ki, 1948-ci ildə yaradılmış UNRWA Yaxın Şərq regionunda 5 milyondan artıq fələstinli qaçqına təhsil, səhiyyə, fövqəladə hallarda humanitar yardım, sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir. Cari ildə Agentliyin büdcəsində kəskin kəsrin yaranması bu təşkilatın normal fəaliyyətinə və proqramlarının davamlılığına əhəmiyyətli dərəcədə risk yaradıb. Bununla əlaqədar olaraq, UNRWA-ya dəstəyin göstərilməsi məqsədilə beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif kampaniyalar həyata keçirilir, bir sıra ölkələr tərəfindən bu təşkilata əlavə yardımın edilməsi üçün addımlar atılır.

Həmçinin oxuyun

“Binə” ticarət mərkəzi batır… – FOTOLAR

Bakıdakı ən böyük ticarət mərkəzlərindən biri də “Binə” ticarət mərkəzidir. Bu ticarət mərkəzində geyim əşyalarından …