Çərşənbə , May 25 2022
Ana səhifə / İqtisadiyyat / Azərbaycan bankları üçün təhlükə: Rusiyanın ödəniş sisteminə güvənmək olarmı?

Azərbaycan bankları üçün təhlükə: Rusiyanın ödəniş sisteminə güvənmək olarmı?

Azərbaycan Mərkəzi Bankı Rusiyaya qarşı olan sanksiyaların bizə də təsir göstərəcəyini bildirib. Həmçinin, bu təsirlərin hansı müddətdə baş verəcəyini bilmək üçün qiymətləndirmə aparıldığı qeyd edilib.

Mövzu ilə əlaqədar bank üzrə ekspert Əkrəm Həsənov Bakupost.az -a açıqlama verib.
O, Rusiyaya qarşı olan sanksiyaların Azərbaycan banklarına təsiri haqqında danışıb:

“Bu sanksiyaların pul köçürmələrə və hesablaşmalara təsiri olacaq. Bu da Azərbaycanla Rusiya və Belarus arasında Qərb ölkələrinin valyutalarında olan hesablaşmalara təsir edəcək. Çünki artıq Rusiya banklarının xeyli hissəsi sanksiya altına düşüb və həmin banklar SWIFT-dən çıxarılıb. Amma Rusiyanın öz ödəniş sistemi üçün platformaları var. O platformalar ya Rusiya rublu ilə, ya da Azərbaycan manatı ilə hesablaşmaları təmin etməyə imkan verəcək. Azərbaycan bankları da Rusiyanın ödəniş sisteminə qoşula bilər. Bu hesablaşmalar dollar və avro ilə olmayacaq. Rusiya çoxdan bu sistemi yaradıb ki, sanksiya olanda işə salsın. Bu sistemə qoşulmaqda problem yoxdur, sadəcə qeyri-sabit valyutalarla əməliyyat aparmaq özü problemdir”.

Ə.Həsənov bu sistemin Rusiyada yaşayan soydaşlarımıza mənfi təsiri məsələsinə də diqqət çəkib:

“Dünyada qəbul olunmuş elektron ödəniş sisteminə hamı öyrəşib. Rusiyanın bu sisteminin isə təhlükəsizliyi sual altındadır. İnsanlar öz köçürmələrini dollar və avro ilə edirlər. Rubl isə qeyri-sabit valyuta olduğu üçün onu milli valyutaya çevirəndə pul itkisi olacaq. Yaxud da insanlar əllərində bir qədər pul olduqda onu milli valyutada saxlamırlar, dəyişirlər. İndi isə onlar məcbur olacaq ki, rubl, yaxud manatla işləsinlər”.

Həmçinin oxuyun

4 ildən sonra Azərbaycanda Rusiya rublunun məzənnəsi 3 qəpiyi keçib

Azərbaycan Mərkəzi Bankı 4 illik fasilədən sonra Rusiya rublunun məzənəsini 0,03 manatdan yüksək müəyyən edib. …