Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / İqtisadiyyat / Azərbaycan Avropa İttifaqının yeni qaz tədarükçüsüdür – “Euronews”

Azərbaycan Avropa İttifaqının yeni qaz tədarükçüsüdür – “Euronews”

Azərbaycan Avropa İttifaqının yeni qaz tədarükçüsüdür. “Report” xəbər verir ki, bu fikir “Euronews” telekanalının saytında dərc olunan analitik yazıda yer alıb.

Aİ yeni təbii qaz tədarükçüləri tapmaq üçün hər cür səy göstərir. Brüssel artıq ABŞ, Qətər, Norveç, Əlcəzair və İsraillə danışıqlar aparıb. Azərbaycan tədarükün 50 % artırılmasına razılıq verib. Təbii qaz Türkiyə və Bolqarıstan ərazisindən boru kəməri ilə çatdırılır.

Qeyd edilir ki, Aİ ölkələri qaz böhranı şəraitində həmrəylik prinsipləri əsasında Avropa şəbəkəsi daxilində qaz mübadiləsi və yenidən bölüşdürülməsinə dair sazişlər bağlayaraq bir-birinə dəstək ola bilər: “Hələlik belə sazişlər azdır: məsələn, Almaniya yalnız enerji ilə təmin olunan Danimarka və Avstriya ilə müqavilələr imzalayıb. Çox güman ki, Aİ ölkələrinin hər birinin hökuməti öz daxili bazarlarını qazla təmin etməli olacaq”.

Digər Aİ ölkələri Rusiya qazından daha az asılıdır: “Bəzi Aİ ölkələri artıq Rusiya qazından asılılıqdan qurtulub. Məsələn, İtaliya Əlcəzair, Qətər və Azərbaycanla qaz tədarükünə dair müqavilələr bağlayıb. Nəticədə bu cənub Avropa ölkəsində Rusiya qazının idxalının payı artıq ümumi enerji tələbatının 21 %-nə düşüb.

Azərbaycan Avropa İttifaqının yeni qaz tədarükçüsüdür. 

Bu fikir “Euronews” telekanalının saytında dərc olunan analitik yazıda yer alıb.

Aİ yeni təbii qaz tədarükçüləri tapmaq üçün hər cür səy göstərir. Brüssel artıq ABŞ, Qətər, Norveç, Əlcəzair və İsraillə danışıqlar aparıb. Azərbaycan tədarükün 50 % artırılmasına razılıq verib. Təbii qaz Türkiyə və Bolqarıstan ərazisindən boru kəməri ilə çatdırılır.

Qeyd edilir ki, Aİ ölkələri qaz böhranı şəraitində həmrəylik prinsipləri əsasında Avropa şəbəkəsi daxilində qaz mübadiləsi və yenidən bölüşdürülməsinə dair sazişlər bağlayaraq bir-birinə dəstək ola bilər: “Hələlik belə sazişlər azdır: məsələn, Almaniya yalnız enerji ilə təmin olunan Danimarka və Avstriya ilə müqavilələr imzalayıb. Çox güman ki, Aİ ölkələrinin hər birinin hökuməti öz daxili bazarlarını qazla təmin etməli olacaq”.

Digər Aİ ölkələri Rusiya qazından daha az asılıdır: “Bəzi Aİ ölkələri artıq Rusiya qazından asılılıqdan qurtulub. Məsələn, İtaliya Əlcəzair, Qətər və Azərbaycanla qaz tədarükünə dair müqavilələr bağlayıb. Nəticədə bu cənub Avropa ölkəsində Rusiya qazının idxalının payı artıq ümumi enerji tələbatının 21 %-nə düşüb.

Həmçinin oxuyun

“Aİ-95 1 manat 60 qəpik olmalıdır”

İqtisadçı ekspert Natiq Cəfərli dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda ölkəmizdə Aİ-95 premium markalı benzinin …