Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycan almaları Rusiyaya qayıdır

Azərbaycan almaları Rusiyaya qayıdır

Xəbər verdiyimiz kimi, bəzi ziyanverici həşəratların aşkarlanması səbəbindən dekabrın 10-dan Azərbaycandan Rusiyaya alma və pomidor idxalına qadağa qoyulmuşdu.

Rusiya hökuməti Azərbaycandan alma idxalı ilə bağlı məhdudiyyəti artıq aradan qaldırıb.

Belə ki, dekabrın 21-dən etibarən “TurAz” MMC, “Ran Fruit”, “Əsədov Vaqif” müəssisələri tərəfindən becərilən almaların idxalına icazə verilir.

Bu icazənin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş müvafiq fitosanitar nəzarətin artırılması, habelə monitorinqin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verildiyi bildirilir.

Adıçəkilən müəssisələr bu il Avrasiya İqtisadi İttifaqı qaydalarına görə, karantini zəruri edən halların aşkarlanmadığı Şabran rayonunda fəaliyyət göstərirlər.

Həmçinin oxuyun

BVF 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu keçən ilin oktyabr ayı ilə …