Bazar , Oktyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycan 2019-cu uldə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır

Azərbaycan 2019-cu uldə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır

2019-cu uldə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) xətti ilə 25 ixrac missiyası planlaşdırılıb.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

R.Məmmədovun sözlərinə görə, bundan başqa yerli sahibkarların 10 beynəlxalq sərgidə iştirakı nəzərdə tutulur.

Nazir müavini bildirib ki, bu il İsveçrəyə ixrac missiyası təşkil olunub və bu ölkəyə yalnız fındıq ixrac olunur.

O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi bazarlara, həm də perspektiv vəd edən bazarlara təşkil olunacaq.

Öz növbəsində AZPROMO-nun direktoru vəzifələrini icra edən Yusif Abdullayev qeyd edib ki, təkcə gələn ilin fevralında Rusiya, BƏƏ və Almaniyada keçiriləcək iri sərgidə yerli sahibkarların iştirakı nəzərdə tutulub:

“Bizim üçün yeni bazar Cənubi Koreya olacaq. Bu ölkədə biz 2019-cu ilin mayında ərzaq sərgisində iştirak edəcəyik”.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …