Cümə axşamı , Sentyabr 21 2023
Ana səhifə / İqtisadiyyat / Azərbaycan ət idxalını ARTIRDI

Azərbaycan ət idxalını ARTIRDI

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 52 777,79 min dollar dəyərində 26 723,15 ton ət idxal edib. 

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, bu, həcm baxımından 2022-ci ilin 8 ayı ilə müqayisədə 573,2 ton və ya 2,2% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 7 281,94 min dollar və ya 16% çoxdur. 

Ötən ilin yanvar-avqust aylarında Azərbaycana xarici ölkələrdən 26 149,91 min dollar dəyərində 45 495,85 ton ət idxal edilib. 

Onu da qeyd edək ki, cari ilin yanvar-avqust aylarında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,47%-ni təşkil edib. 

Həmçinin oxuyun

Sanksiyalara rəğmən Qərb şirkətləri Rusiyadan böyük pullr qazanır

Rusiyada fəaliyyətini davam etdirən Qərb şirkətləri 2022-ci ildə ölkədə 18 milyard dollardan çox mənfəət əldə …