Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / “Ayan” MMC qanunsuz olaraq əcnəbiləri işə götürür…- Şirkətin “Qızıl Quyu” limonadları insan orqanizmi üçün ziyanlıdır

“Ayan” MMC qanunsuz olaraq əcnəbiləri işə götürür…- Şirkətin “Qızıl Quyu” limonadları insan orqanizmi üçün ziyanlıdır

MMC  günəbaxan tumlarını Krasnodarda kimdən alır ? 

Kiflənmiş  “Beloçka”  tumları…  

Qoşqar Təhməzli hara baxır ? 

Cənab  Prezidentin  sahibkarlığın inkişafına göstərdiyi qayğı hər kəsə məlumdur. 
Bu gün ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar güzəştli kreditlərlə təmin olunur, vergi və gömrük rüsumları  aşağı salınır, amma…
Əmması odur ki, bəzi iş adamları yaradılan münbit şəraitindən sui-istifadə edərək istehlakçıları aldadır, onlara keyfiyyətsiz məhsul təqdim edir, süni qiymət artımı  yaradır və s . 
Cənab prezident  sahibkarlara  dəfələrlə  deyib ki, ölkədə süni qiymət artımı yaratmayın.  
Söhbət təkcə  qiymətdən getmir ee, ümumiyyətlə, ölkənin müharibə  vəziyyətində olduğu çətin dönəmdə vətəndaşa  problem yaratmaq  dövlətə zərbə vurmaq deməkdir. 
Belə  şirkətlərdən biri də  “Ayan” MMC-dir. 
Məlumat üçün qeyd edək ki, sözügedən şirkət 2005-ci ildə təsis edilib. 
“Ayan” MMC Azərbaycanda qida məhsullarının istehsalı, emalı və ixracı ilə məşğuldur. Şirkət “Beloçka”, “Tək-Tək” ağ-qara günəbaxan tumlarının, “Beloçka” şirin-pendirli qarğıdalı çubuqlarının emalı, qablaşdırılması, satışı, həmçinin “Qızıl Quyu” limonadlarının istehsalı ilə məşğuldur. 
Şirkət  gilənar, tərxun, qızılgül, zirinc, üzüm, feyxoa, limon və digər  meyvələrin  şirəsini qablaşdırır. 
Öncə tum məsələsinə nəzər salaq. 
İlk öncə  şirkətin sahibindən soruşmaq lazımdır ki, Azərbaycanda  sizin  istehsalınız üçün  lazım olan günəbaxanın heç 1 faizi də yoxdur. 
Deməli,  xammalı kənardan alırsınız. 
Amma demirsiniz  ki, şirkət üçün lazım olan  bütün xammal Krasnodardan gətirilir. 
“Ayan” MMC orada kimlə və hansı şərtlərlə müqavilə bağlayıb ?
Vasitəçilik edən iş adamı  ermənidirmi ? 
Biz demirik  bunu, sadəcə, sizdən cavab gözləyirik. 
Mediada  yayılan məlumata görə, tumların qurudulması işi düzgün qaydada həyata keçirilmir. Daha doğrusu, tumlar nəm olaraq qablaşdırılır. Lazım olan temperaturda qurudulmur və ya daha yüksək temperaturda qurudularaq keyfiyyətsiz hala salınır. Buna görə də hava keçirməz qablara yığıldıqdan sonra kiflənir. Bu isə insanların zəhərlənməsinə yol açır. Qurudulmayan tumların istifadəsi isə daha ciddi təhlükəyə, yəni uşaqlarda və böyüklərdə bağırsaq çöplərinin yaranmasına səbəb olur ki, məhz bu virus digər xəstəliklərə yol açır. Bir neçə dəfə “Beloçka” tumlarından zəhərlənmə halları qeydə alınıb. 
Şirkət  tumlar vasitəsilə  hətta  “qumar”  oyunu da keçirir. 
Yəni “Ayan” MMC istehsal etdiyi “Beloçka” tumları vasitəsilə qanunsuz uduş kampaniyaları həyata keçirir. 
Bu  kampaniya da başdan ayağa maxinasiyadır. 
Yəni, şirkət  kampaniya adı altında istehlakçıları aldadır. Belə ki, alıcılar müvafiq balları toplayıb “Beloçka” tumlarını aldıqları dükanlara təqdim edirlər. MMC-nin satış şöbəsinin əməkdaşları isə yığılan balların qarşılığında dükan sahiblərinə hədiyyələri vermirlər. Onlar günü günə sataraq istehlakçıların hüquqlarını pozurlar. 
İndi isə keçək, MMC-nin istehsal etdiyi “Qızıl Quyu” limonadları  məsələsinə…
Bu limonadların  keyfiyyətində bir sıra problemlər var: “Qızıl Quyu” limonadlarının tərkibi keyfiyyətli deyil. “Yeyinti məhsulları haqqında” Qanuna görə, məhsulun tam tərkibi onun üzərində göstərilməlidir. Suyun saxlanma müddəti, buraxılma tarixi etiketdə yazılmalıdır. “Qızıl Quyu” limonadlarının istehsalı zamanı isə qanunun tələblərinə əməl olunmur. Bu limonadların hazırlandığı sexlərdə antisanitariya şəraiti baş alıb gedir və standartlara riayət edilmir”. 
Yaxşı bütün bunlar ortada olduğu halda  Qida Təhlükəsizliyi Agentliyi hara baxır ?  (Gündəlik-Bakı)

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …