Ana səhifə / İqtisadiyyat / Ayağı sınmış Kerrinin xəstəxana görüntüsü yayıldı – Foto

Ayağı sınmış Kerrinin xəstəxana görüntüsü yayıldı – Foto

Ayağı sınmış ABŞ dövlət katibi Con Kerri Boston xəstəxanasından çəkdirdiyi fotosunu “Twitter” hesabında paylaşıb.

Avropa.info xəbər verir ki, yazdığı tvitdə xəstəxanada keçirdiyi əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini, Dövlət Departamentindən Syuzan Rays və digər rəsmilərlə telefonda danışdığını deyib.

Fotoda əlində sənədlər və telefon tutan Kerri işini elə xəstəxanadan davam etdirdiyini göstərmək istəyib.

Qeyd edək ki, 31 mayda Fransanın Sonzye şəhərində velosiped sürən Kerri dönərkən yıxılmışdı. Yıxılarkən baldır sümüyündə sınıq yaranmışdı.

Ayağı sınmış Kerrinin xəstəxana görüntüsü yayıldı - Foto

 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın