Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Avtomobillərin qiyməti nə qədər bahalaşıb? (VİDEO)

Avtomobillərin qiyməti nə qədər bahalaşıb? (VİDEO)

Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarına əsasən yanvarın birindən etibarən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artıb. Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500-1800 və 1800-3000 kubsantimetr arası olan təzə minik avtomobilləri üçün rüsum hər kubsantimetrinə görə 70 sent, istismar olunmuş avtomobillər üçün isə 1 dollar 20 sent müəyyənləşib.
Belə ki, bir çox alıcılar yanvarın birindən etibarən avtosalonlarda qiymətin qalxacağını gözləyirdi. Satıcılar isə avtomobillərin qiymətlərində hələlik heç bir artımın olmadığını deyirlər.
Bəzi satıcılar isə yanvar hazırda satışda olan avtomobillərin dəyişiklik qüvvəyə minməmişdən gətirildiyi üçün qiymətlərin qalxmadığını deyir. hazıra salonlarda kifayət qədər belə avtomobil var.
Satıcılar deyir ki, avtomobil satışında alıcılıq zəiflədiyindən hələki onlar keçən ildən gətirilən maşınları satıb qurtara bilməyiblər.Ümumiyətlə isə ciddi bir artım gözlənilmir.Böyük mühərrik həcmli avtomobillərdə isə təxminən 2 min manat bahalaşma gözlənilir.
Mühərrik həcmi 1000-1500 kubsantimetr arası olan avtomobillər üçün isə rüsum dəyişməyib. Bu avtomobillərə tələbatın artacağı gözlənilsə də,hələlik onların qiymətində də bir fərq yoxdur.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …